Göygöldə yol qəzası olub. Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində “Chevrolet Aveo” markalı avtomobil yol kənarına aşıb. Nəticədə maşının qadın sürücüsü və onun iki övladı yüngül xəsarət alıb. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri normaldır. Fakt araşdırılır.
Natiq Hüseyn
- Baxış: 754