KepezTV Player
Paytaxtın Binəqədi rayon sakini Sadiq Əliyev Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinı müraciət edərək avtomobilinin şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin salonunda olan mobil telefonunun naməlum şəraitdə oğurlandığını bildirib. Eyni məzmunlu şikayət ərizəsi ilə bölməyə daha 14 avtomobil sahibi müraciət edərək maşınlarından pul, mobil telefon, səsgücləndiricilər, maqnitofonlar və digər qiymətli əşyaların oğurlanması barədə məlumat veriblər. Qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 1782