• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 14.06.2018 15:36

Gəncə məktəblərində son zəng çalındı

KepezTV Player

Bu gün onların günüdür. Üzlərində təbəssüm, gözlərində kədər qarışıq sevinc sezilən məzunların. Bu gün onlar 11 il ərzində qapısını açdıqları siniflər, arxasında əyləşdikləri partalarla vidalaşıblar. Gəncənin 46 tam orta məktəbinin 2337, Xarici Dillər və Futbol Təmayüllü gimnaziyalarının isə 54 şagirdi üçün “son zəng” çalınıb. Onlara gələcək həyatlarında uğurlar arzulanıb, məzunlara vətəni, milləti sevməyi, dövlət və dövlətçilik ənənələrinə sadiq fərd olaraq yetişmələri tövsiyyə olunub. Məktəb həyatı ilə vidalaşan 11-cilər bu illər ərzində bir yerdə olduqları sinif yoldaşlarından, müəllimlərindən ayrıldıqları üçün kədərləndiklərini bildiriblər. Onların ifasında səsləndirilən mahnılar, təqdim olunan rəqslər maraq və alqışlarla qarşılanıb. Tədbirdə həmçinin tədris ili ərzində idman və fənn olimpiadalarda qalib gələn şagirdlərə, habelə fərqlənən müəllimlərə diplom və fəxri fərmanlar təqdim edilib. Tədbirin yekununda şagirdlərin 11 illik məktəb həyatına yekun vuran “Son zəng” çalınıb.

Tamella Məmmədova məzun: 1-si bütün şagirdləri, bütün məzunları təbrik edirəm, onlara gözəl can sağlığı arzu edirəm.  Gələcəkdə onların hər birinin səsləri yüksəkdən gəlsin. Və arzu edərdim ki, bütün məzunlar  yüksək ballarla universitetlərə daxil olsunlar.

Dürdanə Əliyeva valideyn: O gün  olsun ki, bütün şagirdlər məzun olsun, bütün analar, atalar sevinsin. Nənələr babalarda onun kimi. Arzu edirəm ki, bütün uşaqlar universitetə qəbul olsunlar, universitet məzunları olsunlar, bütün arzularına çatsınlar.