• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 13.06.2018 13:20

28 yaşlı gənc bıçaqlandı

KepezTV Player

Paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Olay rayonun Vəzirov küçəsində qeydə alınıb. 28 yaşlı Fuad Cəfərov yaralı vəziyyətdə xəstəxanaya gətirilib. Müayinə zamanı həkimlər onun bud nahiyyəsində iki bıçaq xəsarətinin olduğunu bildiriblər. Yaralı izahatında bildirib ki, küçədə tanımadığı şəxs arxadan ona hücum edərək bıçaqlayıb. Faktla əlaqədar Nəsimi rayon polis idarəsində cinayət işi başlanılıb.