• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 11.06.2018 14:48

Gəncədə görkəmli sənətkar Bülbülün adına küçə və barelyefinin açılışı oldu

KepezTV Player

Azərbaycanın vokal sənətinin banisi, pedaqoq və musiqişünas-alim, ictimai xadim, SSR Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120-ci illiyi ölkənin ikinci böyük şəhərində təntənə  ilə qeyd olundu. Gəncədə dünya şöhrətli sənətkar Bülbülün adını daşıyan küçədə onun baralyefinin açılışı baş tutdu. Sözügedən küçə Gəncənin qədim yaşayış ünvanlarından biridir. Küçədə abadlıq və yenidənqurma işləri aparılıb. Çıxışlarda qeyd olundu ki, Azərbaycanda vokal məktəbinin banisi Bülbülün yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilir, xatirəsi əziz tutulur. Qeyd edək ki, onun adı məktəblərdə, mədəniyyət saraylarında, prospekt və küçələrdə əbədiləşib.