• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1981
— 07.06.2018 23:58

Taksi sürücüsü qətlə yetirildi

KepezTV Player

Taksi sürücüsü olaraq fəaliyyət göstərən Bakı sakini, 37 yaşlı Rəşad Hüseynov idarə etdiyi "Saipa" markalı avtomobillə ağır yaralı vəziyyətdə Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən evinə gəlib. Yaxınları və qonşuları onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Məlum olub ki, onun ürək nahiyəsinə iti alətlə xəsarət yetirilib. Həkimlərin səyinə baxmayaraq Rəşad Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə barədə polisə məlumat verilib. Nəsimi polisi avtomobili müayinə edib, istintaq üçün zəruri olan dəlillər götürülüb.  Mərhumun əmisi Fərəməz Hüseynov bildirib ki, qardaşı oğlu uzun müddətdir taksi fəaliyyəti ilə məşğuldur. Cinayət də elə Rəşad iş başında olan zaman hələlik adı istintaqa məlum olmayan müştəri tərəfindən törədilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisənin kim tərəfindən törədildiyi və səbəbləri araşdırılır.