• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 07.06.2018 14:07

Tanışların mübahisəsi qanlı bitdi

KepezTV Player

Paytaxtın Xəzər rayonunda, Binə qəsəbəsində yerləşən uşaq əyləncə mərkəzinin qarşısında bıçaqlanma hadisəsi qeydə alınıb. Dükanda satıcı işləyən 22 yaşlı Səfər Zülfüqarovun tanışı ilə mübahisəsi düşüb. Tərəflər söhbətlərini edib ayrılandan sonra tanışı Səfərin kürək nahiyəsinə bıçaqla zərbə endirib və ərazidən qaçıb. Yaralı gənc dostlarının köməkliyi ilə yaxınlıqdakı tibb məntəqəsinə aparılıb. Oradan da təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Dərhal əməliyyata götürülən Zülfüqarovun vəziyyəti qənaətbəxş hesab olunur. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin kimliyini müəyyən edib. Onun tutulmasl istiqamətində əməliyyat tədbirləri davam edir. Faktla bağlı cinayət işi başlanılıb.