• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1061
— 06.06.2018 13:14

Sabirabad sakininin həyətindən çətənə kolları aşkarlandı

KepezTV Player

Sabirabad sakinindən narkotik vasitə götürülüb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Kürkəndi kənd sakini, 25 yaşlı Valeh Zərbalıyev saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.