• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2003
— 06.06.2018 13:05

Sərnişin avtobusu piyadanı vurub

KepezTV Player

Paytaxtda yol qəzası baş verib. Nərimanov rayonunda sərnişin avtobusu piyadanı vurub. Təbriz küçəsində yolu keçmək istəyən 44 yaşlı Saleh Əhmədov 202 saylı marşrut avtobusu tərəfindən vurulub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib. Hadisəni törədən sürücü saxlanılıb, avtobus isə cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar avtotexniki ekspertiza təyin olunub, araşdırmalar davam edir.