Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə Samux rayon Suvarma Sistemləri İdarəsində melioratorlarla görüş olub. Aqrar sektorun inkişafında, məhsuldarlığın yüksək olmasında suvarmanın əhəmiyyətinə toxunulub. Samuxda 30 min hektara yaxın əkin sahəsinin suvarılması üçün 25 su nasos stansiyası, 530 subartezian quyusundan istifadə edildiyinə diqqət çəkilib. Ötən il ölkə prezidentinin sərəncamı ilə 11 subartezian quyusunun qazılaraq istifadəyə verildiyi, bu il isə daha 10-nun qazılacağı vurğulanıb. Dövlətin melioratorlara qayğısından söz açılan görüşdə fəal su təsərrüfatı işçilərindən bir qrupuna fəxri fərmanlar təqdim olunub.
Gülağa Bağırov Samux rayon Suvarma Sistemləri İdarəsinin rəisi: Son illər ərzində qazıl 50-a yaxın subartezian quyusu qazılması və Şəmkir Maşın Kanalının daimi işləməsi nəticəsində Samux rayonunda suvarmada heç bri çətinlik qalmayıb. Hal-hazırda suvarma davam etdirilir. Yay əkinlərinin su ilə təminatı ürəkaçandır.
Natiq Hüseyn
- Baxış: 720