• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 05.06.2018 16:03

Xidmət rəisi cəbhə yanı kəndlərdə fermerlərlə görüşüb

KepezTV Player

Dövlət Baytarlıq Nəzarəti Xidməti iri və xırdabuynuzlu heyvanlar arasında proflaktik tədbirləri davam etdirir. Epizootik plana uyğun aparılan tədbirlərlə yerində tanış olan xidmət rəisi Bayndur Rzayev cəbhəyanı kəndlərdə fermerlərlə görüşüb. Fərdi təsərrüfatlarda saxlanılan heyvanların xəstəliklərə qarşı peyvəndlənməyə cəlb edilməsi, təsərrüfatçılarla mütəmadi əlaqədə olmaq görüşün əsas məqsədi olub.

Heyvanların dabaq, brusellyoz, çiçək və nadulyar dermatit kimi yoluxucu xəstəliklərdən qorunması məqsədilə aparılan profilaktik tədbirlər Qazax, Ağstafa, Tovuz,  eləcə də Goranboy rayonun cəbhəyanı kəndlərində davam etdirilir. Kənd Təsərrüfatı Nazırliyi yanında Dövlət Baytarlıq  Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayev  sözügedən rayonlarda davarlar və iribuynuzlu heyvanlar arasında peyvəndlənmə işinin təşkili ilə tanış olub.

Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi: Əsas məqsədimiz əhalinin həssas təbəqəsinin yaşadığı cəbhə boyu kəndlərdə olmaq və burada baytarlıq işinin təşkilini gücləndriməkdir. Baytarların fermerlərlə sıx əlaqədə olması baş verə biləcək hər hansı xəstəliyin yerində araşdırılması və ona qarşı mübarizə tədbirlərinin həyata keçirilməsidir.

Artıq sahə baytarlıq məntəqələrində davarlar arasında dabaq xəstəliyinə qarşı peyvənd işləri yekunlaşmaq üzrədir. Heyvanlar arasında yoluxucu xəstəliyə rast gəlinməməsi epizootik tədbirlərin vaxtında və düzgün aparılmasından xəbər verir.

Nuşirəvan Abbasov fermer: 25 ildir təsərrüfatla məşğulam. Hələ bir dəfə də olsun ciddi xəstəliklə rastlaşmamışam. Məhsuldarlığımız çox yaxşıdır.

Kitay Aslanov fermer: Bütün tədbirləri bizim həkimlər aparıblar. Yəqin ki onlarda baytarlıqdan dəstək alıb o tədbirləri aparırlar. Bizdə bir dənə dabaq qalıb, o da dağa görə qalmışıq. Onu da vurub dağa gedəcəyik.

Xidmət rəisi kənd bələdiyyə sədrləri, icra nümayəndələri və təsərrüfatçılarla da görüşüb. Saxlanılan heyvanların sağlamlıq durumuna nəzarət, baytarlıq tədbirlərinin keyfiyyətli aparılması, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlər, heyvanların baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılması, aparılan müalicə-profilaktika tədbirlərindən danışılıb.

Natiq Hüseyn