KepezTV Player
Abşeron rayonunda, Xırdalan şəhərində bıçaqlanma hadisəsi olub. 21 yaşlı Ceyhun Səfərovun evinə gedərkən tanımadığı şəxslə mübahisəsi düşüb. Söhbət əlbəyaxa davaya keçib. Nəticədə Ceyhun Səfərov bıçaqlanıb. Hadisəni törədən şəxs oradan qaçıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə Yerləşdirilib. Həkimlər iki bıçaq xəsarəti alan yaralının həyatı üçün təhlükə olmadığını bildiriblər. Səfərovun vəziyyəti ilə əlaqədar ifadəsini almaq mümkün olmayıb. Hazırda polis cinayəti törədən şəxsin axtarışlarını davam etdirir.
- Baxış: 679