Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.06.2018 19:14
Samux və Şəmkir sakinləri suda boğuldular
KepezTV Player
24 yaşlı Ceyhun Allahverdiyev Samux rayonunun Qarabağlar kəndi ərazisində su kanalında batıb. Onun meyitini sudan Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çıxarıb. Şəmkirdə də göldə çimən 18 yaşlı oğlan boğularaq həyatını itirib. Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib. Kamil Süleymanovun meyitini sudan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları çıxarıblar.
- Baxış: 1229
