İmtahanda tələbələrin yanında valideynlər və KİV nümayəndələri də olub. Onlara kömək etmək üçün yox, prosesin gedişatı izləmək üçün.
Səidə Mirzəyeva - valideyn: “Birinici kursların yazılı imtahanında iştirak etməyə gəlmişəm. Baxdım, nəzarət elədim. Həqiqətən sakit mühit yaradılıb, çox şəffaf imtahan gedir. Valideyn kimi tələbələrə yaradılan bu şəraitə görə təşəkkürümü bildirirəm”.
İmtahanlar yazılı şəkildə mərkəzləşmiş qaydada universitetin idman zalında təşkil edilib. Tələbələrə 5 sualı cavablandırmaq üçün 2 saat vaxt verilib. Bu müddət ərzində ictimaiyyət nümayəndələrinə prosesə nəzarət etmək imkanı yaradılıb. Gün ərzində növbəlilik əsasında imtahanda ümumilikdə 3000 tələbə il ərzində keçilən dərsi necə mənimsədiklərini nümayiş etdirib.
Aytən Rzayeva - tələbə: “Bizə bilet vasitəsi ilə 5 sual verilir. Həmin sualları yazılı formada yazırıq. Yazılı formada yazmaq da bizim gələcəyimiz üçün çox parlaq nəticələrin göstərildiyini bildirir”.
Aytac Hüseynova - tələbə: “Bu gün imtahan yazılı olduğu üçün 5 sual verilmişdi bizə. Həmin 5 sualdan 4-nü yaza bildim. İmtahanlar tam şəffaf keçirilir”.
Tələbələrin cavabları kodlaşdırılaraq yoxlanması üçün imtahan komissiyasına təqdim edilib və bir gün sonra nəticələr məlum olacaq. Təhsil ocağında yaradılan apelyasiya komissiyası isə tələbələrin irad və şikayətləri üçün nəzərdə tutulub. Gəncə Dövlət Universitetində imtahan sesiyası iyulun 5-də başa çatır. Ümumilikdə 6000 tələbənin şifahi və test üsulu ilə də bilikləri yoxlanılacaq.
- Baxış: 1681