• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 04.06.2018 14:30

AMEA-nın Tarix İnstitutunun alimləri Şəmkirdə Cümhuriyyətin 100 illiyinə həsr olunan konfransda iştirak edib

KepezTV Player

Şəmkirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib. Çıxışlarda  1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən Azərbaycan Respublikasının dövlətçilik ənənələrinə sadiq qalaraq, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdiyinə diqqət çəkilib. 100 il əvvələ nəzər yetirən tarixçilər Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun və dövlətin vacib strukturlarının qurulmasını Xalq Cümhuriyyətinin vacib addımları sırasında qeyd ediblər. Tədbirdə qonaqlara simvolik olaraq xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda Tarix İnstitutunun araşdırması olan kitablardan bir neçə nüsxə rayon rəhbərliyinə hədiyyə edilib.

Yaqub Mahmudov - Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik: Şəmkir Azərbaycanın ən qədim şəhərlərindən biridir. Burada Azərbaycan xalqının qədim mədəniyyəti formalaşıb. Bura bizim qəhrəmanlıq tarximizdir. Cümhuriyyətlə bağlı olaraq xüsusi bir ibrətli yerdir. Buranı ona görə seçdik ki Azərbaycan xalqının tarxiində Şəmkirin özünə məxsus yeri var.

Orhan İşık - Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu: Cümhuriyyətin elanının 100-cü ildönümüdür. Bu gözəl mərkəzdə bu tədirin keçirilməsi bizi çox sevindirdi. Burada Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu olaraq iştirak etməyi arzu etdim. Təbii ki Azərbaycan Xalq Cümhuriyyətinin elanı bundan 100 il əvvəl çox əlamətdar bir hadisədir.

 

Natiq Hüseyn