• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 821
— 04.06.2018 13:28

50 manata görə xalası oğlunu bıçaqladı

KepezTV Player

Abşeron polisi bir müddətdir axtarışda olan şəxsi saxlamağa müvəffəq olub. Rayon sakini İlham Qədirov öz xalası oğlunu 50 manat borca görə bıçaqlayıb və məsuliyyətdən yayındığına görə tutulub. Əvvəllər məhkumluq həyatı yaşayan Qədirov cinayəti Müşviq qəsəbəsində törətdiyini etiraf edib. O xalası oğlunun yaşadığı evə gəlib və 3 gün qabaq borc verdiyi pulu tələb edib. Məsələni yeyib içdikdən sonra həll etmək qərarına gələn xala uşaqları mübahisədən qaça bilməyiblər. Nətiədə də İlham Qədirov Xəyyam Babayevi bıçaqlayıb və hadisə yerini tərk edib. Fakt üzrə zəruri istintaq tədbirləri davam etdirilir.