• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 03.06.2018 02:22

Gəncədə sakini bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma olub. Şəhər sakini 35 yaşlı Seymur Quluzadə bədənin müxtəlif nahiyyələrinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti ağırdı. İlkin məlumata görə Seymur Quluzadəni münaqişə zamanı qaynı bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

Məharət Kərimov həkim – Travmatoloji baxış zamanı hər iki budun orta üçdə birinin tırş səthindən kəsilmiş deşilmiş yarası və sarğı nahiyyəsinin iki ədəd kəsilmiş deşilmiş yarası ilə xəsarət alıb. Xəstənin əzəllərinin, damarlarının kəsilməsi müşahidə olunub. Xəstə tam yoxlanıldıqdan sonra Bakı şəhər Eksperimital Damar Cərrahına getməsi məsləhət olunub və Bakı şəhərinə göndərilib”.

Elnur Vahidoğlu