• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 01.06.2018 13:18

Sərnişin avtobusu aşdı, yaralılar var

KepezTV Player

Bakı-Tbilisi sərnişin avtobusu Hacıqabul rayonunda qəzaya düşüb. Hadisə Bakı-Qazax yolunun rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.İdarəetmədən çıxaraq aşan avtobusda olan sərnişinlər xəsarət alıb. Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları əraziyə cəlb ediliblər. İlkin məlumata görə, yaralılardan 8 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir. Fakt araşdırılır.