• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1147
— 31.05.2018 21:51

16 mərtəbəli binada yanğın çıxdı

KepezTV Player

Paytaxtın Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən 16 mərtəbəli yeni tikilmiş yaşayış binasında yanğın baş verib. Binanın sonuncu mərtəbəsində, şaxtadakı elektrik naqillərində yaranan qısaqapanma yanğına və tüstülənməyə səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar. Dəhlizdə tüstü olduğundan binada olan sakinlərin bir hissəsi kran vasitəsi ilə təxliyə ediliblər. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadalarə isterik reaksiya ilə bağlı yerində 4 nəfərə ilkin tibbi yardım göstərib. 1 nəfər tüstüdən zərər çəkib, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Yanğınsöndürənlər alovun qarşısını tez bir zamanda alıblar. Faktla bağlı araşdırma aparılır.