• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 31.05.2018 14:51

Şini partlayan maşın aşdı

KepezTV Player

Şəkidə də qəza baş verib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun 19-cu kilometrliyində qeydə alınıb. Şəki sakini 63 yaşlı Mehman Nurməmmədov Opel Astra markalı avtomobillə hərəkətdə olarkən maşının arxa şini partlayıb. Nəticədə sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Qapalı kəllə beyin travması diaqnozu ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılan sürücünün vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.