• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2248
— 31.05.2018 00:02

Gəncədə sürücü avtomobil işıq dirəyinə çırpdı

KepezTV Player

Gəncə şəhərində yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində olub. Şəhər sakini 65 yaşlı Şahin Məmmədov “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib. Qəza zamanı avtomobil yoldan çıxıb və  işıq dirəyinə çırpılıb. Zərbənin gücündən işıq dirəyi aşıb. Xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu