• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 28.05.2018 14:34

Gənclər Fondu tərəfindən ADAU-da “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində tədbir təşkil olunub

KepezTV Player

Müstəqil Azərbaycanın ilk hökümət binası ölkənin aparıcı gənclər təşkilatları, fəal tələbə və gəncləri üçün görüş məkanı olub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin hazırkı binasının akt zalında simvolik olaraq qeyd olunub. “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Gənclər Fondu tərəfindən təşkil edilən tədbirdə ölkənin 220-ə yaxın ictimai fəal gənci cümhuriyyətin 3 aylıq Gəncə dövründə qəbul edilən taleyüklü qərarlardan, ölkənin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılan addımlardan, Gəncənin ilk paytaxt kimi rolundan agah olublar. Gəncədən sonra Tbilisiyə yollanan gənclər 100 il öncə istiqlal bəyannaməsinin elan edildiyi binada olacaq, o dönəmdə baş verən proseslərin xronologiyası ilə tanış olacaq, hadisələrin cərəyan etdiyi məkanlarla tanış olacaqlar.