• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 25.05.2018 11:01

Amerikalılar kino çəkilişi üçün ən sürətli avtomobil hazırladılar

Aerokino çəkilişlər edən Amerikanın Incline Dynamic Outlet adlı studiyası dünyada ən sürətli kamera-avtomobil hazırlayıb. Bunun üçün onlara yarım milyon dollardan çox dəyəri olan avadanlıq və kupe Lamborghini Huracan gərək olub. Ön hissədə xüsusi birləşmələr quraşdırılıb. Kamera-avtomobilin ərsəyə gəlməsi bir ay vaxt aparıb. Superkarda istifadə olunan stabilizatora Gyro Stabilized Systems firması tərəfindən düzəliş edilib. Kameranın özü isə 8K – Red ölçüsündə çəkiliş etmək qabiliyyətindədir. Kamera-kar Lamborghini Huracan 5,2 litrlik V10 atmosfer mühərriklə hərəkətə gəlir. At gücü 610-a bərabərdir. Kamerasız olan adi superkara gəldikdə, o “yüzü” 3,2 saniyəyə yığır. Maksimal sürətsə 325 km/saatdan çoxdur.