Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına Dəstək” layihəsinin təqdimatı olub. Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının texniki peşə təhsili və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan layihə 2020-ci ildək davam edək. Gəncə ilə yanaşı Cəlilabadda da reallaşdırılan bu layihə Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək baxımından xüsusi önəm kəsb edir. “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” layihəsinin Gəncə regional komponentinin dəyəri 1 milyon dollardan artıqdır. Layihə Azərbaycanda milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.
Famil Mustafayev. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru: Məhz bu qrand layihələri çərçivəsində biz bir neçə istiqamətdə yeni kurikulumlar hazırlamışıq. Belə demək olarsa son 2 ildə 70 yaxın yeni kurikulum yenilənib, 156 yeni modul kitab yazılıb. Biz sadəcə olaraq infrastrukturu yox, yəni müəsisənin içərisini təmir etməklə kifayətlənmirik. Onun məzmununu kitabları, dərslikləri dəyişdiririk. Və eyni vaxta müəllimlərin treyninqini təşkil edirik, həm ölkədə həm də xaricdə ki, keyfiyyətli kadr hazırlansın.
Təqdimatda peşə bacarıqlarının əhəmiyyəti vurğulanaraq, peşə təhsili sektorunun müasir, şaxələnmiş iqtisadiyyat üçün ilkin şərt olduğuna diqqət çəkilib. Azərbaycanda əhalinin 40%-nin 25 yaşdan aşağı olduğu və peşə təhsili və təlimi uzunmüddətli iqtisadi dayanıqlığa yatırılan əsas sərmayə kimi vurğulanıb. Layihə ölkənin işçi potensialının ən həssas kateqoriyaları, o cümlədən gənclər, qadınlar və əlilliyi olan şəxslərin əmək bazarının tələblərinə cavab verən bacarıq və resurslardan yararlanmalasını təmin edəcək. Mərkəzinin göstərdiyi xidmətlər Gəncə ilə yanaşı ətraf rayonlarda peşə təhsilinin keyfiyyətini və ümumi rəqabət qabiliyyətini artırmağa imkan verəcək.
Alessandro Frakassetti BMT-nin İnkişaf Proqramı Üzrə nümayəndəsi: Bu layihənin uğurlu olmasının 3 əsas səbəbi var. 1-si bu layihə Azərbaycanın 2-ci ən böyük şəhəri olan Gəncədə həyata keçirilir. Və Gəncə böyük şəhər olduğuna görə onun potensialı da kifayət qədər böyükdür. 2-ci səbəb isə Azərbaycanın strateji yol xəritəsində peşə təhsilinin əsas sahələr kimi qəbul olunmasıdır. 3-cü ən əsas səbəb isə dünyanın 2 ən böyük inkişaf proqramı bu layihəni birgə həyata keçirir.
Vasiles Maraqos Avropa İttifaqı Şərq Tərəfdaşlığı Şöbəsinin müdiri: Bu regionda yaşayan gənclər üçün çox vacib layihədir. Bu müştərək əməkdaşlığımız Azərbaycan gənclərinin gələcəyi üçün təminat baxımından mühüm sərmayədir.
- Baxış: 1006