• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 22.05.2018 13:49

Avtobusla minik maşını toqquşdu, yaralılar var

KepezTV Player

Mingəçevirin Təbriz küçəsində sərnişin daşıyan mikroavtobus minik maşını ilə toqquşub. Nəticədə avtobus aşıb. Hadisə zamanı 24 yaşlı Yaşar Nuriyev, 28 yaşlı Şərafət Aslanova, 34 yaşlı İlhamiyə Fərəcova, 62 yaşlı Gülnaz Məmmədova və daha 2 sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirlib.Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.