• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 21.05.2018 14:16

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün son turuna start verilib

KepezTV Player

Bürünc medal və Avropa Liqasına vəsiqə baxımından önəmli oyunlardan biri Gəncədə reallaşıb. Medallara iddialı “Neftçi” səfərdə autsayder “Kəpəz”lə görüşüb. Oyunda hesabı ikinci hissədə Ruslan Abışovla qonaqlar açıb. Çox keçmədən sarı-göylər bərabərlik qolunu vurublar. Şəhriyar Rəhimovun zərbəsi oyunda status-kvo yaradıb. Amma görüşün sonlarına doğru hesab yenidən bakılıların xeyrinə dəyişib. Müdafiəçi ilə qapıçı arasında yaranan anlaşılmazlıq Lukas Qomezin fərqlənməsi ilə nəticələnib. Beləliklə səfər oyununda "Neftçi"&nbsp;2:1 hesablı qələbə qazanaraq çempionatda bürünc medal və 3-cü yerlə avrokuboklara vəsiqə əldə edib.<br>