• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1851
— 19.05.2018 16:44

12 Saylı Ərazi Vergilər Departamentinin əməkdaşları tələbələrlə görüş keçirib

KepezTV Player

Vergi qanunvericiliyinin əsasları, vergi ödəyicilərinin hüquqları və vergilərlə bağlı tətbiq olunan yeniliklər, 12 Saylı Ərazi Vergilər Departamentinin əməkdaşları tərəfindən tələbələrə açılanıb. Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən maarifləndirici görüşdə gələcəyin vergi ödəycilərinə sadələşdirilmiş vergidən istifadə, sahibkarlıq fəaliyyəti üçün vacib olan detallar, vergi borclarının alınması, vergi dostları şəbəkəsi və bu kimi digər məsələlər haqqında ətraflı məlumatlar verilib. Vergilər departamentinin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.

Rauf Mirzəyev 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşı: 18 may 18 iyun tarixlərində respublikamızda insan hüquqları aylığı keçirilir. Bununla əlaqədar bizim tərəfimizdən müvafiq görüşlər keçirilir. Və bu görüşləedən biri bu gün aqrar universitetdə baş tutdu. Bildiyiniz kimi hal-hazırda vergo orqanlarına işə qəbul həyata keçirilir. Bununla əlaqədar olaraq vergi orqanlarında işə qəbul qaydaları haqqındada tələbələrə məlumat verilib. Bu tədbirlər gələcəkdə də davam etdiriləcək.