• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2028
— 15.05.2018 13:33

Vətəndaşları şantaj edən şəxs tutuldu

KepezTV Player

Zərdabda özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutulub. Rayon sakinləri Faiq Mürsəliyev, Bəxtiyar Fətəliyev, Sadiq Məmmədov və Anar Qurbanov Polis Şöbəsinə ərizə ilə müraciət edərək, rayon sakini Məmmədov Qənimət Tehran oğlunun onların barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb etdiyini bildiriblər. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, o, Ucar rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan rayon sakinləri - Elvin İsgəndərov, Rəhim İbrahimli və Müşfiq İbrahimovdan da sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələyərək müxtəlif məbləğdə pul tələb edib.Faktla bağlı Zərdab Rayon Polis şöbəsində araşdırma aparılır.