• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 12.05.2018 18:22

Goranboyda 59 yaşlı kişini avtomobil vurub

Goranboy şəhərində yolu keçmək istəyən piyadanı avtomobilin vurması faktı qeydə alınıb.  Rayonun Muzdurlar kənd sakini 59 yaşlı Əvəz İsayevi hərəkətdə olan avtomobil vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra palataya yerləşdirilib.  Faktla bağlı araşdırma aparılır.

Mehman Hüseynov - həkim: – “Goranboy rayonu ərazisində avto qəza nəticəsində bir nəfər xəsarət alaraq şöbəmizə gətirilib. Xəstədə qabırğaların hər iki tərəfdə çox saylı sınıqları ilə ümumi vəziyyəti ağır olaraq qiymətləndirilib. Hal hazırda şöbədədir, müalicəsi davam etdirilir”.

Elnur Vahidoğlu