• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 11.05.2018 13:42

Sabah Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku start götürəcək

KepezTV Player

2 gün davam yarışda Azərbaycan millisi də iştirak edəcək. Turnirdə ölkəmiz 6 çəkidə 10 idmançı ilə təmsil olunacaq ki, onlar arasında Gəncə cüdo məktəbinin yetirməsi İlkin Babazadə də var. 66 kq-da çıxış edəcək gənc tatami ustası özünü ən yaxşı tərəfdən göstərərək məşqçilərin etimadını doğrultmağa çalışacaq. Daha əvvəl yeniyetmələr arasında bir çox nailiyyətlərə imza atan İlkin Babazadə bu yaş qrupunda Avropa kubokunun qalibi adını da qazanıb. Cüdoçu eyni uğuru böyüklərin yarışında da təkrarlamaq niyyətindədi. Avropa kubokuna ümumilikdə 16 ölkədən 217 kişi, 95 qadın cüdoçu qatılacaq.