• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1155
— 10.05.2018 23:39

Ata ilə oğlunu xəstəxanalıq etdilər

KepezTV Player

Bərdədə ata ilə oğlunu xəstəxanalıq ediblər.<br>Hadisə metal qəbulu məntəqəsi yaxınlığında baş verib. Birlikdə metal yığımı və satışı ilə məşğul olan 2 şəxsin arasında mübahisə baş verib. Ağdam sakini Adil İbrahimov dəmir parçası ilə 54 yaşli Ramiz Əliyevin başından ağır xəsarət yetirib. Zərərçəkmiş hadisə haqda oğluna xəbər verib. 23 yaşlı Yusif Əliyev atasının köməyinə gələndə ona da bıçaq xəsarəti yetirilib. Hər iki yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Tramatalogiya şöbəsində olan Ramiz Əliyev və cərrahiyə şöbəsində olan Yusif Əliyevin vəziyətləri ağır qiymətləndirilir.