Yarış Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilib.
Ənənəvi turnirin açılış mərasimində Azərbaycanda idmana olan dövlət qayğısından söz açılıb. Bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də Ümummilli Liderin əsasını qoyduğu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Rəsmi hissədən sonra mübarizələrə start verilib. Yarış 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilib. Xalça üzərində 12-14 yaşlı güləşçilər qüvvəsini sınayıb. Mükafatlar uğrunda Gəncə pəhləvanları ilə yanaşı, Şəmkir və Yevlax təmsilçiləri də mübarizə aparıb. Ümumilikdə 13 çəki dərəcəsi üzrə 5 komandanın tərkibində 150 iştirakçı yarışda bacarığını göstərib.
Yarışın nəticələrinə əsasən, əksər çəki dərəcələrində Gəncə idmançıları qalib gəlib. Fəxri yerləri tutan güləşçilər medal və diplomla mükafatlandırılıb.
Azad Rəfi
- Baxış: 2342