• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2352
— 07.05.2018 13:15

İki maşın toqquşdu, beş nəfər yaralandı

KepezTV Player

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qızılburun kəndi ərazisindən keçən hissəsində də qəza baş verib. "Mersedes" markalı avtomobillə "Niva" markalı maşın toqquşub. Nəticədə "Mersedes" yolayırıcındakı metal səddə çırpılıb. Qəza zamanı avtomobildə olan 5 nəfər-Bakı sakinləri, 65 yaşlı Rəhilə Qasımova, 56 yaşlı Hətəm İsmayılov, Vidadi Mirzəyev, 33 yaşlı Amid Aslanov və Quba sakini, 41 yaşlı Hafiz Cəlilov xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.