• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2260
— 04.05.2018 14:50

Samuxda məktəblilər arasında bilik yarışı keçirilib

KepezTV Player

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədər olaraq Samuxda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının təşəbbüsü ilə şagirdlər arasında bilik yarışı keçirilib. Yarşın rəsmi hissəsində çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan danışıblar. 2 mərhələdən ibarət yarışın keçirilməsi də məhz ulu öndərin bu istiqamətdə attrdığı addımların yeniyetmələr tətəfindən öyrənilməsinə xidmət edir. İlkin  mərhələdə rayonda fəaliyyət göstərən bütün tam orta məktəblərin şagirdlərə nəyə qadir olduqlarını nümayiş etdiriblər. Daha yaxşı nəticə qazanan 23 məktəbin şagirdləri növbəti mərhələyə vəsiqə qazanıb. Suallar isə ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı olub.

Laçın Abbasova – təşkilatçı: -“ Yuxarı sinif şagirdləri (5,6,7,8,9,10,11-ci sinif ) əvvəlcə məktəbdə öz aralarında bu yarışı həyata keçiriblər. Hər məktəbdən bir qalib komanda indi rayon turunda iştirak edir.”

 

Nazənin Zaman