• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 04.05.2018 13:15

Maşın oğruları yaxalandı

KepezTV Player

Paytaxtda avtomobil qaçıran yeniyetmələr saxlanılıb. Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Nardaran qəsəbəsindən qəsəbə sakini İlqar Babayevə məxsus “ZAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər və Abşeron rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb. Qaxda da anoloji hadisənin üstü açılıb. Qax RPŞ əməkdaşları isə mayın 3-də Əlibəyli kəndindən kənd sakini Alik Xəlilova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Qaxbaş kənd sakinləri İmeda Qamxaraşvili, Ramazi Baçaliaşvili, Vitaliy Lomaşvili və əvvəllər məhkum olunmuş Səbuhi Məmmədov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır.