• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 04.05.2018 13:29

Şirkəti şantaj etdikləri üçün cavab verməli olacaqlar

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları şantaja əl ataraq pul qazanmaq istəyənləri buna peşman ediblər. İdarəyə müraciət edən məhşur sərinləşdirici energetik içkilərdən birinin ölkə üzrə nümayəndəliyinin rəhbəri bildirib ki, Məmməd və Fikrət adlı iki nəfər istelsal olunan məhsulun içərisindən guya ölü siçan çıxdığı barədə görüntü çəkəcəklərini, həmin görüntüləri sosial şəbəkələrdə yayacaqlarını deyiblər. Hədələrin reallığa çevrilməməsi üçün şirkətdən 50000 ABŞ dolları pul tələb ediblər. hüquq mühafizə orqanı əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayevi tələb etdikləri pulun 10000 dollarını alan zaman saxlayıblar. Qanunu pozanlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.