• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 04.05.2018 13:25

Şəmkir polisi xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

KepezTV Player

Şəmkir sakini çay qırağında topladığı narkotikin güdazına gedib. Nəfsinə dur deyə bilməyib aylarla qurdutduğu marixunadan dadmamış polisin əlinə keçib.

Şəmkir rayon polis şöbəsinə Çinarlı qəsəbə sakini əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Anar Əliyevin narkotik vasitələrin qanunsuz saxlanılması və istifadəsi ilə barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı ünvanda aparılan axtarış polisə daxil olan məlumatın doğru olduğunu üzə çıxarıb.

Mehrab Məmmədov - baş müstəntiq: Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Əliyev Anar Firuddin oğlunun yaşadığı fərdi yaşayış evinə baxış zamanı Anar Əliyevin yatdığı çarpayının altından qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq yəni təmiz çəkisi 2 kloqram 210 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan Anar Əliyev narkotik vasitəni çay kənarından şəxsi istifadəsi üçün topladığını etiraf edib. 

Anar Əliyev - saxlanılan şəxs: Yatmışdım evdə səhər-səhər şöbənin işçiləri gəlib durğuzdular. Məndə də narkotik maddə var idi. Soruşdular çıxarıb verdim.

Hazırda polis əməkdaşları Anar Əliyevin narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

Natiq Hüseyn