Havalar isindikcə zəhərli həşəratların dişləməsi və ilansancma təhlükəsi artır. Ötən il Göygöldə 7 nəfər ilansancma diaqnozu ilə Xəstəxana şəraitində müalicə olunub. Vaxtın göstərilən tibbi yardım nəticəsində bütün posientlərin həyatını xilas etmək mümkün olub. Aqrar rayon olduğundan Göygöldə əhalinin daha çox əkinçiliklə məşğul olması bu kimi halların təkrarlanmayacağına əminlik yaratmır. Odur ki Rayon Mərkəzi Xəstəxanasında ilan əlehinə zərdab təminatı üçün səhiyyə nazirliyinə müraciət edib. Həmçinin rayon mərkəzindən uzaqda yerləşən Balçılı və Çaykənd xəstəxanaları da zəhərli həşərat və sürünənlər əlehinə lazımı tibbi pereparatlarla təchiz olunub. Bu il ərzində belə dərmanlaran istifadə halı qeydə alınmayıb. Mütəxəsislər bu kimi hallar baş verərkən yersiz müdaxilələrin insan həyatı üçün ciddi təhlükə yarada biləcəyini qeyd edirlər.
Eldar Muradov Göygöl RMX-nın baş həkiminin müavini:Çox vaxt həmin yerlərə səhvən həmin yerlərə sıxac qoyulur. Bəzən görürsən həmin yerlər kəsilir hətta, oralara müxtəlif maddələr sürtülür. Bunlar tamamilə səhv fikirlərdi. 1-ci növbədə tam sakitlik yaranmalıdır həmin xəstənin ətrafındakılar tərəfindən, 2-i o, sakit uzandırılmalıdır, 3-ü həmin nahiyəyə soyuq qoyulmalıdır və yod məhlulu ilə silinməlidir və bundan sonra tibb müəsisəsinə çatdırılmalıdır.
- Baxış: 1885