• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 826
— 03.05.2018 13:45

Naməlum şəxslərin hücumuna məruz qalan kişi xəstəxanalıq oldu

KepezTV Player

Şəkidə 32 yaşlı kişi naməlum şəxslərin hücumuna məruz qalıb. Gecə saat 04.00 radələrində Şəki şəhər sakini Elçin Əzizov Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstəxanadan verilən məlumata görə, zərərçəkən şəhər ərazisində tanımadığı iki nəfərin hücumuna məruz qaldığını bildirib. Mübahisə zamanı tanımadığı şəxslərdən biri əlində olan kəsici alətlə ona xəsarət yetirdikdən sonra hər iki şəxs hadisə yerindən qaçıb.Cərrahiyə şöbəsinə yerləşdirilən Elçin Əzizova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.