• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1820
— 02.05.2018 14:39

Gəncənin Avropanın idman şəhəri adına namizədliyi qeydə alınıb

KepezTV Player

Gəncədə səfərdə olan Avropa idman şəhərləri və paytaxtı federasiyasının nümayəndə heyəti şəhər rəhbərliyi ilə görüşüb. Beynəlxalq təşkilatın rəsmiləri ölkənin ikinci böyük şəhərində idman infrastrukturu, son üç ildə idman sahəsində görülən işlər və əldə olunan nəticələr haqda məlumat almaq məqsədilə Nizami yurduna təşrif buyurublar. Tədbirdə Gəncənin 2019-cu ildə Avropa idman şəhərinə namizədliyi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub. Qonaqlara Gəncənin idman tarixi və qazandığı uğurlar barədə məlumat verilib, namizədlik dövründə görüləcək işlər əyani şəkildə göstərilib. Sonda rəsmi olaraq Gəncənin Avropanın idman şəhəri adına namizədliyinin qeydə alınması lövhəsi təqdim olunub.

Françesco Lupattelli - Avropa idman şəhərləri və paytaxtı federasiyasının prezidenti: - Gəncə şəhərinin bu ada namizəd olması böyük bir hadisədir. İlkin mərhələdə bizim təəssüratlarımız çox yaxşıdır. Noyabrın 22-də Avropa parlamentində bu ada namizəd olan qalib şəhərlər elan olunacaq. Biz də federasiya olaraq bu prosesdə aktiv iştirak edəcəyik.

Huqo Alonso - Avropa idman şəhərləri və paytaxtı federasiyasının baş katibi: - Gəncə Avropanın idman şəhəri seçilsə, burada idman infrastruktoru daha da inkişaf edəcək. Yeni zalların tikilməsi və onların müvafiq avadanlıqlarla təmin olunması insanların idmanla aktiv şəkildə məşğul olmasına dəstək verəcək.  Çünki belə bir fakt var ki, idman üçün 1 avro xərcləyirsinizsə, deməli səhhətinizə xərcləyəcəyiniz 15 avroya qənaət edirsiz. Biz düşünürük ki, aktiv və sağlam həyat tərzinin təbliğində bu titulun böyük əhəmiyyəti var və bu davamlı olacaq.

 

Orxan Cəfərzadə