• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 02.05.2018 13:25

Sərhədi pozmağa çalışan 4 əcnəbi saxlanılıb

KepezTV Player

4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb. Hadisə Dövlət Sərhəd Xidmətinin “Şəmkir” sərhəd dəstəsinin xid­məti ərazisində baş verib. Ağstafa rayonunun Sa­dıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində döv­lət sər­hə­dini pozarkən 4 sərhəd pozucusu saxlanılıb.Araşdırma zamanı Azərbaycandan Gürcüstan isti­qamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Hin­dis­tan vətəndaşları – Dhak Mazara, Singh Sukhdeep və Pakistan vətəndaşları – İmtiaz Muhammed, Həsən Əli olması müəyyən edilib. Sərhəd pozucularının üzərinə baxış zamanı 2 ədəd mobil telefon, 4 ədəd pasport, 2 ədəd simkart, 3 ədəd kredit kartı, 500 avro, 357 ABŞ dolları, 63 Azərbaycan manatı, 5190 Pa­kistan rupisi aşkar olunub. Sərhəd pozucularının Azərbaycan Respublikası ərazisinə rəsmi qaydada daxil olmaları, Avropa ölkələ­ri­nə getmək məqsədilə dövlət sərhədini poz­­araq Gürcüstan ərazisinə keç­məyə cəhd göstərmələri müəyyən edil­ib.Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.