• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 01.05.2018 17:58

Gəncədən bəzi ətraf rayonlara gedən avtobusların dayanacağı dəyişdirildi

KepezTV Player

Ətraf rayonlardan Gəncəyə və əks istiqamətə hərəkət edən ictimai nəqliyyat vasitələrinin hərəkət sxeminə dəyişiklik edilib. Bundan sonra Samux, Göygöl və Daşkəsən istiqamətindən şəhərin müxtəlif ərazilərində özlərinə dayanacaq seçən avtobus və mikravtobuslar şəhərin ticarət mərkəzindən hərəkət edəcək. Bu addım sakinlərin rahatlığının təmini ilə yanaşı kənd təsərrüfatı məhsullarının birbaşa bazara çatdırılmasına kömək edəcək.

Gəncədən Samux istiqamətinə, eləcə də kəndlərinə sərnişinlərin daşınmasını həyata keçirən şəhərin 2 saylı Avtostansiyasının illərdir bərbad vəziyyətdə olması, ərzidə daim sərnişin və nəqliyyat vasitələrinin qeydə alınan sıxlığına son qoyulub. Şəhərin Savxoz Nizami adlandırılan hissəsindən hərəkət edən nəqliyyat vasitələrinin son dayanacağı mərkəzi bazarın ərazisinə köçürülüb.

Nazim Əliyev avtobus sürücüsü: Bayaqdan sərnişinlər Sovxoz Nizamidəki stansiyada düşürdülər, oradan da əllərində yüklə çətinliklə əlavə xərc çəkərək bazar ərazisnə gəlirdilər. Hazırda kəndli avtobuslarla bazara gəlib məhsulunu burada satır və rahat geri qayıdır.

Eləcə də Dəmiryol vağzalı ərazisindən Samux rayonun Qarayeri, Ziyadlı, Sərkar istiqamətinə hərəkət edənlərin də məkanı dəyişib. Vağzalyanı yollarda hərəkətin intensivliyini və piyadaların təhlükəsizliyini təmin etmək üçün bu addım etılıb.

Mobil Kazımov sərnişin: Kənddən gəlib vağzalda düşürdük ordanda bazara gəlmək üçün yüklə 5 manat taksiyə veriridik. İndi 50 qəpik veririəm mikravtobusa düz evimin yanında düşürəm Ağasıbəyli  kəndinə

Hazırda Samux rayonundan 40, Göygöldən 26, Daşkəsən istiqamətindən isə Gəncə şəhərinə 2 sərnişin daşıyan nəqliyyat vasitələrinin hərəkəti şəhərin mərkəzi bazarındak uzadılıb. dəyişiklik tək məkan baxımından bitmir.

Turqut Cəfərov Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma  İdarəsinin şöbə rəisi: İdarəmiz tərəfindən sərnişin dayşıyan hüquqi və fiziki şəxlər qarşısında tələb qoyulub ki, yaxın günlərdə standarta cavab verməyən  bu nəqliyyat vasitələridə yenilənsin.

Gələcəkdə bazar ərazisində müasir standartlara cavab verən avtostansiyanın tikitisinin də aparılması nəzərdə tutulub.