• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2196
— 30.04.2018 21:56

Daşkəsəndə qəza oldu, 6 nəfər yaralandı

KepezTV Player

Daşkəsən rayonunda 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Mikroavtobus Bayan kəndində "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri - mikroavtobusun sürücüsü, 54 yaşlı Zahid Allahyarov, onun sərnişinləri - 51 yaşlı Elşən Qurbanov, 53 yaşlı Zərqələm Verdiyeva, iki azyaşlı, "VAZ-21 06"nın sərnişini, 61 yaşlı Çapay Əliyev xəsarət alıblar. Böyüklər Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.