• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 30.04.2018 16:37

Sərxoş ər arvadını öldürdü

KepezTV Player

Samux şəhərinin Kolayır yaşayış massivində ağır dərəcəli sərxoş olduğu iddia olunan Ağamir Səmədov həyat yoldaşı 35 yaşlı Ləman Səmədovanı əvvəlcə yaşadığı mənzildə döyüb. Zərbələrdən qorunmaq üçün evdən qaçan qadını əri yaxınlıqdakı bağ sahəsində tutaraq ağır bədən xəsarətləri yetirib. Əvvəllər məhkum olunan 37 yaşlı kişinin zərbələrindən qadın hadisə yerində dünyasını dəyişib. Ləman Səmədovanın atasının sözlərinə görə, ötən gün axşam saatlarında baş verən hadisədən bu gün xəbər tutublar.

Eldar İbrahimov qətlə yetirilən şəxsin atası: 7 aylıq körpə uşağı var. Çatdıra bilmirdi. Hər gün yoldaşım gəlib biri iki saat kömək edirdi. Bu dəfə gələndə də nəvəm üstünə qaçıb. Yoldaşım deyib Ləman hanı. Uşaqda deyib ki mamam sizdə deyil. Deyib yox bizdə nə gəzir. Deyib nə olub ki papamla axşam dalaşıb.

Rayonun polis və prokurorluq orqanları tərəfindən hadisəni törədən Ağamir Səmədov saxlanılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinə Gəncə şöbəsinə aparılıb. Ailənin 3 övladı var. Faktla bağlı Samux rayon prokurorluğunda cinayət işi başlanılıb. İstintaq aparılır.

Natiq Hüseyn