Gəncədə Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında əvəsiz xidmətləri olan Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi qeyd edilib. Ədibin adını daşıyan müzeydə təşkil olunan tədbirdə böyük alim və görkəmli yazıçının həyat və yaradıcılıq yoluna geniş nəzər salınıb. Mir Cəlal Paşayev kiçik yaşlarında atası ilə birlikdə Gəncəyə köçdüyü və uşaqlıq illərini burada keçirdiyi, ədibin yaradıcılığının ilk illərinin Gəncə ilə bağlı olduğuna diqqət çəkilib. Ədibin yazdığı 6 romanı ilə ədəbiyyatımızda özünə əbədi yer qazandığı vurğulanıb. Onun qələmə aldığı "Bir gəncin manifesti", "Dirilən adam", "Yolumuz harayadır", Yaşıdlarım" və digər əsərləri bu gün də öz aktuallığını itirmir, gənclər tərəfindən həvəslə oxunur. Yubley tədbirində Gəncə Dövlət Dram Teatrı tərəfindən görkəmli yazıçının əsərindən səhnəciklər nümayiş etdirilib, Eləcə də Gəncə Dövlət Kamera Orkestirinin ifasında tanınan bəstəkarların müsiqi böyük maraqla qarşılanıb.
İbrahim Quliyev Azərbaycan Milli Aviasiya Akademiyasının kafedra müdiri, professor: Belə tədbirin keçirilməsi bütövlükdə həm Mir Cəlal Paşayevin ruhuna, onun yaradıcılığına, müqəddəs seyid ocağıcına gəncəlilərin böyük hörmətindən, ehtiramından, onların xatirələrində yaşamasından xəbər verir. Həqiqətən Mir Cəlal Paşayev ömrünün bir hissəsini Gəncədə yaşamış, mən elə deyərdim ki, Gəncədə mühit onu formalaşdırmış və yaradıcılığını da Gəncədə başlamışdı.
- Baxış: 784