• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 26.04.2018 13:38

Oğurluq faktlarının üstü açıldı

Bakının Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 24-də törədilən oğurluğun üstü açılıb. Rayondakı mənzillərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Şamo Babayev saxlanılıb.

Daha bir ğorluq faktını isə Gəncə polisi aşkar edib. Belə ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 23-də rayon ərazisindəki evlərin birindən 50 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Samux rayon sakini İsmayıl Baxşəlizadə yaxalanıb. Onun 4 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Göyçayda keçmiş məhkumun törətdiyi əməl ifşa olunub. Aprelin 7-də rayon ərazisindəki evlərin birindən 16 manat pul və 600 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Kürdəmiş kənd sakini Nazir Qasımov tutulub. Bütün faktlar araşdırılır.