• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2527
— 26.04.2018 13:34

Soyuducu anbarda yanğın olub

KepezTV Player

Xaçmazda yanğın baş verib. Rayonun Sərkərli kəndində işlək vəziyyətdə olmayan, ümumi sahəsi min kvadratmetr olan soyuducu anbarın 100 kvadratmetr sahəsi yanıb. Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Hadisənin səbəbləri araşdırılır.