Gənclər fondunun icraçı direktoru Fərid Cəfərov Şəmkir Heydər Əliyev mərkəzində rayon gəncləri ilə görüşüb. Fondla Şəmkirli gənclərin əməkdaşlağı və həyata keçirilən layihələr diqqət mərkəzində olub. Rayonda Gənclər fondun dəstəyi ilə 100-dən çox layihə reallaşıb və təhsil, incəsənət və idman sahələrini əhatə edib. Eləcə də aztəminatlı və imtiyazlı ailələrin övladları üçün tədris kursları da yaradılıb. Birgə əməkdaşlıq çərçivəsində milli mənəvi dəyərlərin təbliği də diqqətdən kənarda qalmayıb. Fondun icraçı direktoru Fərid Cəfərov birgə layihələrin davamlı olacağı, əsasən gənclərin işsizliklə bağlı çətinliklərinin həllinə istiqamətlənəcək.
Fərid Cəfərov - Gənclər Fondunun icraçı direktoru: 7 mart tarixində cənab prezidentin fərmanı ilə fondun vəzifələri və fəaliyyət istiqamətləri bir qədər genişləndirilib. Bu yeni istiqamətlər üzrə biz Şəmkirdən olan gənclərimizlə eyni zamanda digər regionlardan olan gənclərimizlə sıx şəkildə əməkdaşlıq etməyi planlaşdırırıq. Bura həm məşğulluq proqramları eyni zamanda təhsil tədris proqramları və digər layihələrdə nəzərdə tutulub.
Natiq Hüseyn
- Baxış: 885