• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1684
— 25.04.2018 11:02

Alimlər 3D-printerdə kağız robotlar çap etməyi öyrəndilər

Karneqi – Mellona Universitetinin bir qrup mühəndisi 3D-printerin köməyilə kağızdan robotlar hazırlamağı öyrəniblər. Bu robotlar elektriklə hərəkət edirlər. Yeni texnologiyaya görə 3D-printerdə grafen əlavə edilən polimer polilaktid materialından adi ofis kağızının lazım olan hissəsi çap olunur. Həmin material isinərək genişlənir və arasından elektrik enerjisi keçir, nəticədə bütün konstruksiya müəyyən edilmiş tapşırıq üzrə əyilmək məcburiyyətində qalır. Sadə robotlar hazırlamaq üçün araşdırmaçılar xüsusi proqram yazıblar. Burada istifadəçi bir robot düzəldir və kağızda müəyyən edilmiş xətt üzrə ona necə hərəkət etməsini tapşırır, eləcə də hərəkətin düzgünlüyünü simulyatorun köməyilə yoxlayır. Daha sonra model FDM-printerə göndərilir, çapdan sonra isə robotu kağızdan kəsib çıxartmaq lazımdır. Videoçarxdan aydın olur ki, bu texnologiya vasitəsilə toxunma sensorları da çap etmək olar. Uzun alınarsa, onlardan slayder kimi istifadə etmək mümkündür.