• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 25.04.2018 11:03

Daimlervə BYD birgə 500 km ehtiyat gedişi olan elektrokar hazırladı

Daimler və BYD konserni Çin bazarına yeni Denza 500 adlı avtomobil çıxarıb. Maşın bir dəfəyə enerji yükləməklə təxminən 500 kilometr məsafə qət edir. Denza 500 modeli Mercedes-Benz B-Class-ın ilk nəsil platformasında hazırlanıb. Elektromobilin uzunluğu 4,6 metr, eni 1,8, hündürlüyü 1,6 metr təşkil edir. 2,8 metr isə təkər bazasının ölçüsüdür. Avtomobil 117 və 184 at güclü motorlarla təklif olunur. Batareya bloku isə hər iki halda 70 kilovatt-saat həcmindədir. Yerindən 100 kilometr saat sürəti yığmaq üçün elektrokara 14 və 10,5 saniyə vaxt lazımdır. Maksimal sürət 150 km/saatdır. Komplektasiyadan asılı olaraq Denza 500 işıq diodları, iki zonalı klimat kontrol, isinən ön oturacaqlar, dəri işləmələr və 9 düymlük ekranı olan multimedia sistemi ilə təchiz olunub. Çində bu maşına təxminən 44 min dollar qiymət qoyulub.